“Aztəminatlı ailələrə özünəməşğulluğun artırılması layihəsi”nə yenidən start verilib
06 oktyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı,“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşlığı və ev sahibliyi ilə keçirilən “Aztəminatlı ailələrə özünəməşğulluğun artırılması layihəsi”nin növbəti təlimi baş tutub. Təlimin 06 oktyabr 2018-ci il tarixindəki mövzusu “Alış və tədarük planının müəyyən edilməsi, işçilərin seçimi” olub. Təlimin sonunda iştirakçıları düşündürən suallar cavablandırılıb.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.