“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsinin fəaliyyətinin 1ilinin tamam olması ilə əlaqədar bayram tədbiri
02 sentyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

02 Oktyabr 2018 - ci il tarixdə Şirvan Gənclər Evinin fəaliyyətinin 1 illiyi qeyd olundu. Akt zalında keçirilən tədbirdə Gənclər evinin bütün əməkdaş və kurs müəllimləri, könüllülər, dərnək və klubların üzvləri, tələbə gənclər, şəhərin fəal gəncləri iştirak etdilər. Gənclər Evinin 1 illik fəaliyyəti dövründə görülən işlərdən ibarət hesabat videosu nümayiş olundu. Aktiv könüllülər “Könüllülük sertifikatı və xasiyyətnaməsi” ilə təltif olundu. Tədbir iştirakçılar tərəfindən böyük marağla qarşılandı.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.