Təlimçi Sənan Nəcəfovun təqdimatında “Fərdi özünüinkişaf təlimləri”
22 sentyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

22 sentyabr 2018 - ci il tarixdə saat 11:00 - da Şirvan Gənclər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı təlimçi Sənan Nəcəfovun təqdimatında gənclərin dünyagörüşünün inkişaf etdirilməsi , nitq qabiliyyətinin yüksəldilməsi məqsədilə "Fərdi özünü inkişaf və NLP-PR texnikalarından istifadə etməklə kütlə qarşısında uğurlu çıxış" təlimi keçirildi. 5 saat davam edən təlim gənclərin böyük marağına səbəb oldu





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.