Layihə yazmaq, qrant layihələrdə iştirak etmək istəyən gənclər üçün təlimlər
25-26 sentyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

25-26 sentyabr 2018 - ci il tarixlərdə Şirvan Gənclər Evi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərin qrant layihələrində iştirakına kömək göstərmək və layihələrin yazılmasına istiqamət vermək məqsədilə təlimlər keçirildi. 2 gün davam edən təlimi iştirakçılar hazır layihələr ilə yekunlaşdırdı.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.