Gənclər təşkilatları və Könüllülərlə görüş
22 sentyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər evinin akt zalında Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin təşəbbüsü ilə regionda fəaliyyət göstərən gənclər təşkilatları və könüllülər ilə görüş keçirilib.

Görüş çərçivəsində 2019-cu ildə həyata keçiriləcək layihələr haqqında məlumat verilmiş və başlıca olaraq “2019-cu il Avropanın idman paytaxtı” – Gəncə şəhərində idman yarışlarının təbliğinə hesablanan tədbirlər planı müzakirə olunmuşdur.

Qeyd edək ki , Mərkəz daxilində bu istiqamətdə fəaliyyəti genişləndirmək üçün Gəncə İdman Klubu ilə əməkdaşlıq çərçivəsində idman departamenti yaradılmışdır.

Görüşdə Mərkəzin Gəncə regional ofisinin rəhbəri Gülnar Məmmədova,Gənclər və İdman baş idarəsinin nümayəndəsi Rəşad Əlizadə, Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov , Gəncə idman Klubun sədri Elvar Osmanov , Gəncə İntellektual Klubu və Skautlar Assosasiyasının nümayəndələri çıxış edərək Gəncə şəhərində gənclər təşkilatlarının birgə əməkdaşlığının daha da inkişafı barədə fikir mübadiləsi olmuşdur.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.