“İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində ilk tədbir
19 noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin "2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında" 2016-cı il 11 mart tarixli Sərəncamının icrasına uyğun olaraq və rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikasında “Multikulturalizm ili” çərçivəsində Binəqədi rayonunda görüləcək işləri əhatə edəcək Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli 87 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5-ci bəndinin icrası məqsədilə “Azərbaycan multikulturalizmi modeli” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri və gənc rəssamları iştirak ediblər. Gənc rəssamların milli-mənəvi, multikultural və tolerant dəyərləri təbliğ edən rəsm əsərləri Binəqədi rayon Gənclər evində sərgilənib. Sərgi 30 noyabr tarixinə qədər davam edəcəkdir.

Sərginin hazırlanmasında İdarədə təcrübə keçən ASAN könüllüsü, 18 saylı peşə liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri də yaxından iştirak ediblər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.