Qulam İsakzai Mingəçevir Gənclər Evinin qonağı olub
27 sentyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Qulam İsakzai, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edward Karvardin “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin qonağı olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, BMT Əhali Fondunun, Y-PEER Azərbaycanın birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində pilot layihə olaraq həyata keçirilən “Gender və reproduktiv sağlamlıq” təlimində iştirak edən qonaqlar təlimin gedişatı ilə tanış olub. Fərqli yaş qruplarından olan və kursu müvəffəqiyyətlə bitirən gənclər bu biliklərin həyatlarında nə kimi dəyişikliyə səbəb olduğu haqqında məlumat verib. Eyni zamanda bu təlimlərin digər regionlarda keçirilməsinin bir çox problemlərin həllində müsbət rol oynayacağını qeyd ediblər. Azərbaycan Gənclər və İdman Nazirliyinin, UNICEF və BMT-nin birgə layihəsi olan və Gənclər Evində həyata keçirilən BasicLifeSkills adlı təlimdə iştirak edən qonaqlar iştirakçılarla görüşüb, onların təlim haqqında təəssüratlarını öyrənib. Gənclərlə xatirə şəkli çəkdirən qonaqlar daha sonra Mingəçevir Gənclər Evində həyata keçirilən digər fəaliyyətlərlə tanış olub. Sonda qonaqlara üzərində BMT və UNICEF-in simvolları olan əl işi təqdim edilib.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.