"Gender və Reproduktiv sağlamlıq" adlı təlimin növbəti mərhələsi keçirilib
20 sentyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

BMT - nin Əhali Fondunun dəstəyi ilə Y-PEER Azərbaycan təlimçiləri tərəfindən "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsində həyata keçirilən "Gender və Reproduktiv sağlamlıq" adlı təlimin növbəti mərhələsi başa çatıb. Gənclər və yeniyetmələr arasında həyata keçirilən təlimdə şəhər və region gəncləri iştirak edib.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.