"Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili" layihəsi çərçivəsində tədbir
18 sentyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

18 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ,”İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib. Layihə rəhbəri Əliqismət Kərimov "Dini radikalizm nədir?", "Din və radikalizmi bir-birindən necə fərqləndirmək olar?" mövzusunda çıxış edib. Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Əlisa Fərəcov dini radikalizmin millətimizə və islam dininə yad olduğunu vurğulayıb. Mingəçevir bələdiyyəsinin “Yerli sosial məsələlər” daimi komissiyasının sədri , Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Dini məsələlər komissiyasının üzvü Zahid Qasımlı öz növbəsində gənclərin dini radikalizmə meyllənməsinin səbəbləri və bu səbəbləri aradan qaldırmağın yolları mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə şəhər ictimaiyyəti və gənclər də iştirak edib. Daha sonra mövzu üzrə müzakirələr aparılıb.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.