“Əczaçılıq fəlsəfəsi və ilkin anlayışlar” mövzusunda təlim
28 sentyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

28 sentyabr 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi, AvroMed Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Əczaçılıq fəlsəfəsi və ilkin anlayışlar” mövzusunda təlim keçirilib. AvroMed şirkətinin Mingəçevir şəhəri üzrə satış müdiri Elnur Əliyev təlimin məqsədinin gənc kadr əczaçılara yol göstərmək olduğunu bildirib. Elnur bəy iştirakçılara şirkətin yaranma tarixi və fəaliyyəti, əczaçılıq fəlsəfəsi və onun mahiyyəti, dərmanşünaslıq və onun təkmilləşmə ardıcıllığı, deantologiya, reseptura, dərman formaları, satışı xüsusi nəzarət tələb edən preparatlar, tibb elminin keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.





“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.