Gənclər Fondunun təqdimatı
17 sentyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

17 Sentyabr 2018-ci il tarixdə Şirvan Gənclər Evinin akt zalında Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşları Zaur Osmanov və Emil Yusifovun iştirakı ilə gənclərlə görüş keçirilmişdir. Görüşdə Gənclər Fondunun fəaliyyət istiqamətləri, elan olunmuş XI qrant müsabiqəsi barədə ətraflı məlumatlar verilmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.