Sumqayıtın Gəncləri üçün Xaçmaz rayonunda “Ölkəmizi tanıyaq” turu
13-16 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt Gənclər evinin təşəbbüsü və təşkilatçılığı ilə 13-16 sentyabr 2018-ci il tarixdə Sumqayıt Gəncləri üçün Xaçmaz rayonunda “Ölkəmizi tanıyaq” devizi altında “Yay məktəbi” təşkil olunmuşdur. Əsas məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt gəncləri üçün həyata keçiriləcək tədbirlər planın müvafiq bəndlərinin icrası, gənclərdə milli-vətənpərvəlik hisslərinin aşılanması, ölkəmizin bölgələrini tanımaları ilə yanaşı asudə zamanlarının daha səmərəli təşkil edilməsidir. “Yay məktəbin”də şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları, ictimai fəal gənclər olmaqla 40-a yaxın gənc iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.