“Nişançı” adlı intellektual oyun
08 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

08.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Sumqayıt Gənclər Evinin təşkilatçılığı ilə Mübadilə Proqramı üzrə Sumqayıt Gənclər Evində "Nişançı" intellektual oyunu keçirildi. Oyunun məqsədi gənclərin məntiqi bacarıqlarını inkişaf etdirmək idi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.