“Conversation club”
13 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

13.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Sumqayıt Gənclər evinin təşkilatçılığı ilə Mübadilə Proqramı üzrə Sumqayıt Gənclər evində gənclərin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dərnək rəhbərimiz Qafarova Elvira “Conversation Club” keçirdi. Gənclər müxtəlif mövzular ətrafında ingilis dilində diskussiyalar apardılar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.