“İlkin yardımın göstərilməsi” adlı seminar
14 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

14.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Sumqayıt Gənclər Evinin, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində Mübadilə Proqramı üzrə müxtəlif vəziyyətlərdə "İlkinyardımın göstərilməsi" seminarı keçirildi. Qəza vəziyyətlərinin növləri və ilkin olaraq nə etmək olar və ya olmaz haqqında QAC Sumqayıt şəhər bölməsinin təlimatçısı Vəfa Mustafazadə və bölmənin aktiv könüllüsü İsmayıl Məmmədov tərəfindən seminar iştitakçılarına ətraflı məlumat verərək ilkin yardımın vacibliyindən söhbət açdılar.

Daha sonra haqqında danışılan qəzalarda edilməli olan ilk yardımlar praktiki olaraq nümayiş etdirildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.