“Kod Tusi” adlı intellektual oyun
15 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

15.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Sumqayıt Gənclər Evinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycanın Milli Brendi olan Code Tusi-nin birgə təşkilatçılığı ilə Mübadilə Proqramı üzrə Sumqayıtda ilk dəfə olaraq məntiqi intelektual komanda oyunu olan Code Tusi oyunu keçirildi.

Gənclər Evindən başlayan oyun çərçivəsində gənclər Göyərçin abidəsindən keçərək Sumqayıt Dənizkənarı Bulvarda sirlərlə dolu suallara cavab tapmağa çalışdılar. İntellektual oyun qalib komandaların Gənclər evində mükafatlandırılması ilə yekunlaşdı.

1-ci yer - QAC 1 ( Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsi )
2-ci yer - QAC 2 ( Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsi )
3-cü yer- Sumqayıt şəhər ASAN Xidmət könüllüləri

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.