“Nə?Harda?Nə zaman?” adlı intellektual oyun
17 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

17.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Sumqayıt Gənclər Evinin təşkilatçılığı ilə Mübadilə Proqramı üzrə Sumqayıtda Sumqayıt Gənclər Evində yalnız Azərbaycanı əhatə edən sullardan ibarət "Nə ? Harda? Nə zaman" intelektual oyun keçirildi. Münsiflər heyəti qismində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin əməkdaşları-Pərvin Rəsulov, Əfsun Səmədzadə və Sumqayıt Gənclər Evinin əməkdaşları- Lamiyə Ağayeva,Məhəmməd Hüseynov iştirak etdilər.

Yarışın yekununda 3 qalib komanda kubokla mükafatlandırıldı. 1-ci yer-“Mübariz” komandası (Sumqayıt şəhər ASAN xidmət mərkəzi)
2-ci yer- “Gənclik” komandası(Sumqayıt Gənclər evi)
3-cü yer-“QAC” komandası (Qızılı Ayapar Cəmiyyəti Sumqayıt şəhər şöbəsi)

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.