“İçindəki səni kəşf et” adlı təlim
24 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

24.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Sumqayıt Gənclər Evinin,Sumqayıt Gənclər Klubunun birgə təşkilatçılığı ilə Mübadilə Proqramı üzrə Sumqayıt Gənclər Evində Murad Məmmədovun təqdimatında "İçindəki səni kəşf et" mövzusunda motivasiya seminarı keçirildi. Təlimçi Murad Məmmədov öz həyat hekayəsindən,edindiyi təcrübələrdən danışaraq,uğurlu gələcəyin təməlində motivasiyanın dayandığını vurğuladı.İnsanın özünü,öz potensialını dərk edərək həyatda böyük uğurlar əldə edə biləcəyini gənclərimizə aşılamağa çalışdı. 100-ə yaxın gəncin iştirak etdiyi təlim daha sonra sual-cavab ətrafında maraqlı diskussiyalarla davam etdirildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.