"Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərin təşkili" layihəsi
01 noyabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı rayon Gənclər və İdman İdarəsi və Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərin təşkili" layihəsi çərçivəsində Suraxanı rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə seminar-müşavirə keçirlmişdir.Tədbir Azərbaycan Respublikası dövlət himninin səslənməsi ilə açıq elan edilmiş, daha sonra torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir zamanı şagirdlərin vətənpərvərlik mövzusundakı çıxışları dinlənilmişdir.

Sonda "Şəhidlərimizi unutmayaq! adlı inşa müsabiqəsinin qalibləri diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.