“Mübadilə proqramınının təqdimatı” tədbiri
03 avqust 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

03.08.2018-cil tarixdə “Könüllü ol, Azərbaycanı kəşf et!" şüarı altında start götürən NAYORA-nın Mübadilə Proqramı çərçivəsində Sumqayıt Gənclər Evində təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin, Sumqayıt Dövlət Universitetinin, Gənclər Klubunun, QAC Sumqayıt Bölməsinin əməkdaşları, fəal üzvləri, tələbələr həmçinin müxtəlif sahələrdə könüllü fəaliyyət göstərən gənclər iştirak etmişlər.

Təqdimatda təklif olunan layihələrin icrası ətrafında fikri mübadiləsi aparılmış, təkliflər dinlənilmiş və məqsədəuyğun layihələrin icrası istiqamətində qeydlər aparılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.