"Azərbaycanda din-dövlət modeli və gənclər" adlı tədbir
24 avqust 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

24 avqust 2018-ci il tarixində Gənclər evində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə fəal gənclərin iştirakı ilə "Azərbaycanda din-dövlət modeli və gənclər" adlı tədbir təşkil olundu.

Gənclər və İdman Baş idarəsinin rəisi M.Cəfərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri barədə danışıb.

Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə regional şöbəsini müdiri Asif Əliyev iştirak edib.O qeyd edib ki, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər. Təəssüf ki, Azərbaycanda mövcud olan dini əmin-amanlığı pozmağa cəhd edən qüvvələr var. Amma buna baxmayaraq inanırıq ki, sağlam düşüncəli vətəndaşlarımız bu məkrli planların həyata keçirilməsinə imkan verməyəcək, bu sahədə fəal olacaqlar. Hər birAzərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır.

Gənclər Evinin direktoru A. Qurbanov gənclərlə aparılan maarifçilik işindən danışıb. O deyib ki, bu istiqamətdə bir sıra işlər görülüb və din tarixi, həqiqi inanc anlayışları ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə gənclər arasında dini dəyərlərin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi və maarifçilik işinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.