“Əsas həyat bacarığı” təlimləri
04, 10, 13, 15, 17 avqust 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsas həyat bacarıqlı” (Basic Life Skills) təlimləri davam edir. 04 avqust “Dinləmə bacarığı”, 10 avqust “Şəxslərarası əffəktivlik”, 13 və 15 avqust“Problemin həlli”, 17 avqust 2018-ci il tarixlərində “Münasibətlərin idarə olunması”mövzularında 12-16 və 17-24 yaş arası gənclər üçün təlimlər keçirilib. Təlimlər interaktiv mətodlarla, oyunlarla keçirilir və bu tip təlimlər gənclərin böyük marağına səbəb olub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.