Elmi məqalənin yazlması
07 avqust 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

07 avqust 2018-ci il tarixində Mübadilə proqramı çərçivəsində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə Aslan Qurbanzadə tərəfindən “Elmi məqalə necə yazılmalıdır?” mövzusunda təlim keçirilib. Bu gün yeni-yeni sahələrin yaranıb inkişaf etməsi, elm sahəsində baş verən sürətli irəliləyişin gənclərin də elmə olan marağını artırmışdır. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq istənilən yaşda elmi məqalə yazaraq öz fikrini irəli sürmək, onu əsaslı dəlillərlə sübut etmək insanları axtarıcılığa da sövq edir. Bəs bu axtarıcılıq, fikirlərini ifadə etmək üçün necə bir yol izlənilməlidir? Aslan Qurbanzadə təlimdə gənclərə məqalənin yazılması qaydaları, texnikaları haqqında məlumat verib, onları məqalə yazılarkən ən çox istifadə olunan üsullarla tanış edib. Təlimdə elmi məqaləni publisistik məqalədən fərqləndirmənin yolları, elmi məqalə yazarkən nəzərə alınmalı olan vacib məsələlər nümunələr vasitəsilə əyani şəkildə gənclərin diqqətinə çatdırılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.