“Sosial Dünya” adlı təlim
03 avqust 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

03 avqust 2018-ci il tarixində “Azərbaycan Könüllülük Xidməti”nin təşkil etdiyi Mübadilə Proqramı çərçivəsində "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə Nəzrin Süleyman tərəfindən "Sosial dünya" adlı təlim keçirilib. Sosial şəbəkələrdən istifadənin gənclər arasında kütləvi hal aldığı bir zamanda bu məsələnin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Sosial şəbəkələrin faydalı olduğu qədər mənfi tərəflərinin də olduğu danılmaz faktdır. Təəssüf ki, gənclərin hamısı texnologiya vasitələrinin sadəcə faydalı tərəflərindən istifadə etmir. Buna görə də gənclər arasında təbliğat işinin aparılmasına, dünyagörüşlərinin düzgün istiqamətdə formalaşdırılmasını təmin edəcək istiqamətlərə yönləndirilməsinə ehtiyac vardır. Bunu nəzərə alan müəssisə ölkəmizin gələcəyi olan, hal-hazırda sosial şəbəkələrdən aktiv şəkildə istifadə edən gənclərimizin məlumatandırılması üçün belə bir təlim keçirməyi özünə borc bilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.