"İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin layihəsinin qalibləri mükafatlandırılıblar
06 avqust 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

06 avqust 2018-ci il tarixindəAzərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatı dəstəyi ilə keçirilən "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin “İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi” adlı layihəsi çərçivəsində təşkil olunan intelektual yarışların iştirakçıları təltif olunublar.

I yerin qalibi "Revolver" komandası sertifikat və kubokla, II və III yerin qalibləri "Panteon" və "Last Shot" komandaları isə sertifikatlarla mükafatlandırılıblar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.