"Əngəli qaldır" adlı tədbir
16 avqust 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

16 avqust 2018-ci il tarixində “Azərbaycan Könüllülük Xidməti”nin təşkil etdiyi Mübadilə Proqramı çərçivəsində

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə Nəzrin Süleyman tərəfindən "Əngəli qaldır" adlı tədbir keçirilib. Fiziki əngəlli gənclərin cəmiyyətə inteqrasiya olunması, öz yaşıdları ilə birlikdə maraqlı, əyləncəli zaman keçirməsi üçün təşkil olunan tədbirdə iştirakçılara hədiyyələr verilib. Gənclər tərəfindən hazırlanan rəqslər, musiqi və oyunlar iştirakçıların sevincinə səbəb olub. Qeyd edək ki, gənclərin inkişafını və asudə vaxtlarını düzgün şəkildə qiymətləndirməsi üçün çalışan Mingəçevir Gənclər Evi fiziki əngəlli gənclər üçün bundan əvvəl də bir sıra tədbirlər, layihələr həyata keçirib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.