Gənclər Günü münasibətilə keçirilən intellektual yarış
10 avqust 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

10 avqust 2018-ci tarixində "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin Mingəçevir İntellektual Oyunlar Klubunun Beynəlxalq Gənclər Gününə həsr olunmuş Xəmsə Milli İntellektual Oyunlar üzrə intellektual yarışı keçirilib. Yarışda şəhərdə fəaliyyət göstərən Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm və Tibb Kolleclərinin gəncləri, həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri iştirak edib.

Yarışın qalibləri:
1. Light of Che
2. Go
3. Haubitsa

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.