”Mənim Bayrağım” adlı şeir müsabiqəsi
03 noyabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

03 noyabr tarixdə Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə rayon Gənclər Evində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.

Müsabiqədə iştirak edən və rəmzlərimizə olan sevgilərini söylədikləri şeirlərlə tədbir iştirakçılarına çatdıran şagirdlər M.Ə.Sabir adına Mədəniyyət Evinin direktoru Cavid Məlikov, Q.Abbasov adına Mədəniyyət Evinin bədii rəhbəri Bəhiyyə Nağıyeva, İrəvan teatrının aktrisası Şəbnəm Mütəllimzadənin iştirakı ilə təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirilmişlər.

Sonda qalib gələn məktəblilər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.