"12 Avqust - Beynəlxalq Gənclər Günü" münasibətilə təşkil olunmuş tədbir
10 avqust 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

10 avqust 2018-ci il tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-n birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər Evində "12 Avqust - Beynəlxalq Gənclər Günü" münasibətilə tədbir baş tutdu.

Həyata keçirilən toplantıda çıxış edən rəsmilər (Müşfiq Cəfərov - Gənclər və İdman Baş idarəsinin rəisi, Teymur Əliyev - Gəncə ŞİH-n nümayəndəsi, Amil Qurbanov - Gənclər evi SXM-n müdiri, Yüksəl Məmmədov - YAP GB-nin sədri) gəncləri bayram münasibəti ilə təbrik edib, dövlətimiz tərəfindən uğurlu gənclər siyasətinin həyata keçirilməsini qeyd ediblər. Keçirilən toplantıda Erasmus+Youth Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Hüseynxan Hacızadə EVS və xaricdə düşərgələr proqramıları haqqında iştirakçılara məlumat verib və indiyədək keçirilən fəaliyyətlər haqqında onları məlumatlandırıb. Xüsusi fəallığı ilə seçilən bir sıra yerli və xarici gənclər Fəxri Fərmanlarla təltif edilib.

Daha sonra gənc fotoqrafların və istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib,Gənclər evinin qarşısında müxtəlif əyləncəli fəaliyyətlər (faceart, yoqa, stolüstü tennis, Gəncə İdman Klubunun idmançılarının nümunəvi çıxışları, gitarada ifa və s.) baş tutub.

70 nəfərədək iştirakçısı olan tədbirin sonunda xatirə şəkilləri çəkilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.