Binəqədi Gənclər Evində “İntellekt savaşı” adlı turnir keçirilib
15 avqust 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

15.08.2018-ci il tarixində Binəqədi Gənclər Evində “İntellekt savaşı” adlı Nə?, Harada?,Nə zaman? Turniri keçirilib. Binəqədi Gənclər Evi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan İntellektual Oyunlar klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə 14 komanda qalib adı uğrunda mübarizə aparıb və sonda “Sese milçəyi” komandası kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, mübadilə proqramı əsasında Binəqədi Gənclər Evində 1 ay müddətində könüllü fəaliyyət göstərəcək İmişli rayonunu təmsil edən Ziya Rzayevin təşəbbüsü ilə keçirilən tədbirdə Binəqədi Gənclər Evinin “İntellektual oyunlar klubu”-nu təmsil edən komandalarla yanaşı bir sıra respublika səviyyəli turnirlərin iştirakçısı olmuş gənclər də iştirak ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.