Binəqədi Gənclər Evində “Dərviş Gənclər Evini partladır” adlı əyləncəli proqram
11 avqust 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

11.08.2018-ci il tarixində Binəqədi Gənclər Evində 12 Avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə “Dərviş Gənclər Evini partladır !” adlı parti təşkil edilib. Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər Evi və NAYORA-nın birgə təşkilatçılığı ilə reallaşdırılan layihədə müxtəlif formatda əyləncəli oyunlar və müsabiqələr həmçinin musiqili proqram təşkil edilib. Oyun və müsabiqələr fərdi eyni zamanda komanda şəklində təşkil edilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Tədbirə giriş sərbəst olduğu üçün Binəqədi Gənclər Evində keçirilmiş müxtəlif layihələrin, müxtəlif könüllülük proqramlarının iştirakçıları və həmçinin sosial şəbəkələr vasitəsi ilə elanları görərək müraciət edən ümumilikdə 100-ə yaxın gənc iştirak edib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.