"Gəncə Paintball”
08 avqust 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər Evində gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərin iştirakı ilə Paintball yarışı keçirilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.