"Dövlət proqramları, layihələr və strategiyaların monitorinq və qiymətləndirmə metodologiyası” mövzusunda təlim
08 avqust 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

08 avqust 2018-ci il tarixində "Dövlət proqramları, layihələr və strategiyaların monitorinq və qiymətləndirmə metodologiyası” mövzusunda təlim keçirilmişdir. Təlimin məqsədi gənclərin bu sahədə maarifləndirilməsi, strateji yol xəritələrinin əhəmiyyəti və bunun ölkəmizin gələcəyi üçün vacibliyi əsas götürülmüşdür. Təlimdə 15 gənc iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.