Cənubi Koreya Respublikasından olan gənclər Binəqədi Gənclər Evi ilə tanış edilib
30 iyul 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

30 iyul 2018-ci il tarixində mübadilə proqramı çərçivəsində Cənubi Koreya Respublikasından ölkəmizə gəlmiş gənclərdən ibarət nümayəndə heyyəti Binəqədi Gənclər Evi ilə tanış edilib.

Qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra çay süfrəsi ətrafında qonaqlar öz təəssüratlarını paylaşıb və həmçinin öz ölkələrində həyata keçirilən gənclər siyasəti, təhsil sistemi ilə bağlı sualları cavablandırıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.