Binəqədi Gənclər Evində fərdi Xəmsə turniri keçirilib
30 iyul 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

30 iyul 2018-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində mərkəzimizdə keçirilmiş müxtəlif intellektual turnirlərin iştirakçısı olmuş bir qrup gəncin təşəbbüsü ilə fərdi formatda XƏMSƏ turniri təşkil edilib.

Turnirin gedişatında ilkin olaraq seçim mərhələsi baş tutub. Yazılı formada olan seçim mərhələsində 5 mövzuya aid suallar səsləndirilib və 16 gənc qrup mərhələsinə vəsiqə qazanıb.

Bura 116 oyunçu hər biri 4 nəfərlik qruplarda mübarizə aparıb və hər qrupdan ən yaxşı nəticə göstərmiş 2 nəfər növbəti tura vəsiqəqazanıb.

Daha sonra növbəti mərhələyə keçmiş 8, ardından isə 4 nəfər arasında mübarizə davam edib və ilk 3 yerin sahibləri müəyyənləşib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.