"Yaşıl ətraf mühit” Gənclərin Beynəlxalq Yay Düşərgəsi
10-23 iyul 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

10 - 23 iyul 2018-ci il tarixlərində “Yaşıl Ətraf Mühit” adlı gənclərin beynəlxalq yay düşərgəsi həyata keçirilmişdir. Düşərgənin həyata keçirilməsində məqsəd yerli və beynəlxalq gənclərin ekologiya və ətraf mühit sahələrində təcrübə və bilik mübadiləsini təmin etmək, Gəncə şəhəri Heydər Əliyev Park Kompleksi ərazisində təmizlik aksiyaları etmək, quş yuvaları və ətraf mühitin təmiz saxlanılması ilə bağlı nişanlar düzəltməklə maarifləndirici ictimai fikir yaratmaq və o cümlədən Gəncə şəhərinin turizm potensialının artırılmasına töhvə verməkdən ibarətdir. Düşərgədə Türkiyə (2 nəfər), Serbiya (2 nəfər), Rusiya Federasiyası (2 nəfər), Çexiya (1 nəfər), Fransa (1 nəfər) və Meksikadan (1 nəfər) olan gənclər iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.