"İdarəetmə, Biznesin idarə edilməsi” mövzusunda seminar
04 iyul 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

04.07.2018-ci il tarixində Gəncə Gənclər evində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Biznesin İdarə edilməsi, İdarəetmə” mövzularında seminar keçirilmişdir. Seminarda şəxsi biznes ideyanın müəyyən olunması, onun inkişaf etdirilməsi və idarə olunması metodları haqqında məlumatlar verilmişdir. Ümumilikdə 11 nəfər gəncin iştirak etdiyi seminar iştirakçıların böyük marağına səbəb olmuş və sonda biznesin inkişafı və idarəedilməsi ilə bağlı verilən suallar cavablandırılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.