"Azərbaycan gəncliyi narkomaniyaya yox deyir!" adlı rəsm müsabiqəsi
04 noyabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

04 noyabr tarixdə Suraxanı rayon Gənclər Evində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər evində fəaliyyət göstərən rəsm dərnəyinin gənc üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir. "Azərbaycan gəncliyi narkomaniyaya yox deyir!" devizi altında təşkil olunmuş sərgidə rəsmləri ilə fərqlənmiş gənclər diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.