"26 iyun - Silahlı Güvvələr Günü “nə həsr olunmuş bayram tədbiri
27 iyun 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

27 iyun 2018-ci il tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər evi SXM-nin birgə təşkilatşılığı ilə FHN-nin Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsində istedadlı gənclətin iştirakı ilə "26 iyun - Silahlı Güvvələr Günü"nə həsr olunmuş bayram tədbiri təşkil olundu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.

Tədbirdə çıxış edənlər bayram münasibətilə şəxsi heyəti Milli Ordumuzun yaranmasının 100-cü ildönümü münasibətilə iştirakçıları təbrik etmiş və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə geniş məlumat vermişdir.

Sonra tədbirin bədii hissəsi istedadlı gənclərin çıxışları ilə davam edib. Onların ifasında hərbi mahnılar, şerlər, vətənpərvərlik mahnı və rəqsləri də tədbirə xoş ovqat qatıb.

Bayram tədbirin sonunda bir sıra hərbi qulluqçular və faəl iştiraka görə istedadlı gənclər fəxri diplomlarla təltif olunublar.

Hərbi hissənin rəhbərliyi tərəfindən tədbirin həyata keçirilməsinə görə bir sıra təhsil müəssisələrin TGT-na fəxri diplom təqdim olunub.

Tədbirdə 100 nəfər iştirak edib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.