Binəqədi Gənclər Evində dünya çempionatının simulyasiyası
17-18 iyun 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

4 illiyin ən böyük idman hadisəsi hesab edilən və bu il Rusiyada keçirilən sayca 21-ci mundial həyəcanını daha da artırmaq məqsədi ilə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 17-18 iyun 2018-ci il tarixlərində playstation 4 / pes 2018 versiyası üzrə dünya çempionatının simulyasiyası keçirilib. Püşkatma nəticəsində bu il dünya çempionatında iştirak edən ölkələr iştirakçılar arasında bölünüb və çempionat start götürüb. Turnirin gedişatında həmçinin dünya çempionatının oyunları canlı yayımla təqdim edilib. Sonda isə qaliblərə qiymətli hədiyyələr təqdim edilib. Turnirdə ilk üç yer aşağıdakı kimi bölüşdürülüb:

I yer / Tural Nəsibov / İspaniya
II yer / Emil Ələkbərov/ İsveçrə
III yer / Azər Hüseynov / Uruqvay


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.