Binəqədi Gənclər Evində “İmtahan” keçirilib
23 iyun 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

23 iyun tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində "İmtahan" adlı layihə reallaşdırılıb. İmtahan sessiyaları dönəmində gənclərin asudə vaxtının səmərəli təşkili, yeni dostluqların qurulması, komplekslərdən uzaq bir mühitin yaradılması məqsədi ilə keçirilən layihədə 40 nəfər tələbə püşkatma nəticəsində 4 fərqli komanda şəklində mübarizə aparıb. İştirakçıların seçimi isə elektron qeydiyyat şəklində aparılıb və sonda 214 müraciət içərisindən 40 nəfər gənc müəyyən edilmiş kriteriyalara əsasən layihədə iştirak etmək hüququ qazanıb. 14 fərqli oyun üzrə keçirilən yarışların çətinlik dərəcəsinə uyğun olaraq komandalar xallar qazanıb və sonda nəticələr aşağıdakı kimi olub:

"11 spartalı" - 125 xal
"Yaşıl üfüq" - 120 xal
"Do Dekan" - 120 xal
"Naughty guys" - 45 xal

Qeyd edək ki, komandalar gedişatda qol güləşi, futbol, playstation 4/pes 2018, müxtəlif formatda 9 “Home party games” , Greencard, kitabxanada “Axtar tap” oyunları üzrə mübarizə aparıblar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.