"15 iyun – Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir
13 iyun 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

13 iyun 2018-ci il tarixində Gəncə Gənclər evində “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş gənclərin iştirakı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasəti” adlı tədbir keçirilmişdir. Tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Gəncə Dövlət Universitetinin tarix kafedrasının dosenti Bəxtiyar Hüseynli iştirak ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.