“Vətənim Azərbaycan” adlı keçirilmiş ekskursiya
07 iyun 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

07.06.2018-ci il tarixdə Sumqayıt Gənclər evinin təşəbbüsü və Sumqayıt Şəhər İcra Hakimiyyəti və Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş "Vətənim Azərbaycan" adlı ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın həyata kecirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin təmin edilməsi, ümummilli lider Heydər Əliyev siyasətinin təbliğ edilməsi və onun bu gün müasir Azərbaycanın qurulmasında böyük rolu olduğunu gənclərə aşılamaqdır. Müstəqil Azərbaycanımızda yaşanan 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. 25-dən çox gəncin iştirakı ilə həyata keçirilən ekskursiya Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyinə olmuşdur. Burada gənclər Mərkəz və Muzeydə mövcud olan tarixi guşələrlə tanış olaraq ətraflı məlumatlar almışlar. Sonda gənclərlə birlikdə xatirə şəkli çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.