Layihə çərçivəsində gənclər arasında "Şəkilli Xəmsə" yarışı keçirilib
21 may 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə "İstedadlı və yaradıcı gənclərin inkişafına dəstək" lahiyəsinin sonuncu oyun günü Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Şəkilli Xəmsə" yarışı keçirildi. Açılışda Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra püşkatma nəticəsində qruplar müəyyənləşdirildi. Finalda hər qrupun liderləri: "Last Shot", "Revolver" və "Difai" komandaları mübarizə apardılar. Yekunda "Revolver" komandası I YER, "Last Shot" II YER, "Difai" komandası III YERƏ layiq görüldü. Nəticələr aşağıdakı kimidir:

A qrupu
Everest 2900
Last Shot 3500
Scorpion -500

B qrupu
Revolver 7700
Panteon 4100
Pegasus -3000

C qrupu
Difai 4300
Veni Vici Vidi 1800
Fors Major 200

FİNAL
Last Shot 3400
Revolver 7100
Difai -2100

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.