"İnsan hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədidir adlı tədbir"
06 iyun 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gənclər evində keçirilən maarifləndirici tədbir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.

Tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdirinin müavini Elmar Fətəliyev iştirak ediblər.

Tədbirdə mövzü ilə bağlı gənclərlə maraqlı müzakirələr aparılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.