“DİL ÖYRƏNMƏYİN SİRLƏRİ” adlı təlim
05 iyun 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

26 və 27 may, 2018-ci il tarixlərində Gəncə Gənclər evi və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşkilatçılığı ilə İngilis dilində "DİL ÖYRƏNMƏYİN SİRLƏRİ" adlı təlim keçirilmişdir. Təlimi xaricdə təhsil almış, bir çox beynəlxalq proyektdə iştrak edib həmçinin dilçiliklə bağlı müxtəlif fəaliyyətlər təşkil etmiş, Istanbul, Bakı və həmçinin Gəncə şəhərlərində General English və IELTS dərsləri vermiş Fatimə Əliyeva idarə etmişdir.

Təlimin əsas mövzusu necə asan və effektiv yollarla, xarakerinizə və dünyagörüşünüzə uyğun şəkildə bir dili mənimsəmək və inkişaf etdirməkdir. .Bunun üçün indivudal olaraq sizə hansı metodlar daha uyğun və daha tez effekt verər kimi suallarla bağlı müzakirələr olmuşdur.

Təlimdə ümumilikdə 60 nəfər ingilis dilinə marağı olan gənc iştirak etmiş , onlardan 30-u təlimdəki uğurlu iştirakına görə sertifikatla təmin olunmuşdur Təlimin ilk günündə çıxış edən Gənclər üçün Təhsil Mərkəzi əncə Regional ofisinin rəhbər müavini Gülnar Məmmədova bu tip və müxtəlif dillərdə keçirilən təlimlərin gənclərin dünyagörüşünün artmasında və inkişafında çox əhəmiyyətli olmasından bəhs etmiş , bundan sonra bucür təlim və tədbirlərə daha çox yer ayrılacağını bildirmişdir. Təlimin ikinci günündə isə Gəncə Gənclər evinin direktoru Amil Qurbanov çıxış etmiş və gənclərin sertifikat vermə mərasimində iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.