"Əvvəlki seçki təcrübələri mövzusunda seminar"
05 iyun 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

“Hüquq və İnkişaf” İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihəsi çərçivəsində Gəncə şəhər Gənclər Evində vətəndaş cəmiyyəti təçkilatlarının təmsilçiləri, hüquqşünaslar və seçki ekspertləri üçün “Əvvəlki seçki təcrübələri” mövzusunda seminar keçirib.

Seminarda “Əvvəlki seçki təcrübələri, seçki prosesinin inkişafına dair tövsiyyələr” mövzusunda hüquqşünas-ekspert Sevinc Süleymanlı çıxış edərək ötən seçkilər, o cümlədən 11 aprel 2018-ci il Prezident seçkiləri ilə bağlı bağlı seçki təcrübələr haqqında seminar iştirakçılarına geniş məlumat verib.

“Seçkilərdə iştirak üçün Bələdçi” bukleti, “Seçki şikayətlərinin verilməsi qaydaları” və “Seçki hüququ və onun hüquqi müdafiəsinə dair praktik vəsait” kitabçaları paylanıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.