1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə kino günü
01 iyun 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

01.06.2018-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə azyaşlılar üçün kino günü təşkil edilib. Qeyd edək ki, gənc ailələrin müraciətinə əsasən təşkil olunan kino günlərinin gələcəkdə daha geniş miqyasda və həftəsonları Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində təşkil edilməsi nəzərdə tutulub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.