"Spartakiadanın bağlanış mərasimi"
29 may 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

"Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci il dönümü" münasibəti ilə Gəncə şəhər Gənclər evində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərdə fəaliyyət göstərən təhsil müəssisələrinin tələbələri arasında keçirilən Spartakiadanın bağlanış mərasimi keçirilmişdir.Qaliblər Gəncə şəhər Gənclər və İdman Baş Idarəsi tərəfindən kubok, diplom və hədiyyələrlə təltif edildilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.