"Erasmus+ Youth proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı"
25 may 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhəri Gənclər Evində "Gələcəyə Körpü" GİB-nin təşkilatçılığı və SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin əməkdaşlığı ilə Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus+ Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı keçilib.

Mərkəzin koordinatoru Hüseynxan Hacızadə iştirakçılara Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini, Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verib. Tədbirdə SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin baş məsləhətçisi Tomasz Szopa çıxış edərək gənclərə təklif edilən imkanlardan yararlanmağa çağırıb.

"Gələcəyə Körpü" GİB-in Polyak EVS könüllüsü də öz praktiki təcrübələrindən danışıb. Tədbirdə iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.

Qeyd edək ki, Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə (Məlumat) Mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi) tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından indiyədək Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi kimi fəaliyyət göstərir. Bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.